Aİ Ukraynaya 1,2 milyard avroluq yardım göstərəcək -

Avropa İttifaqı bu günlərdə Ukrayna ilə 1,2 milyard avroluq makromaliyyə yardımının verilməsinə dair memorandum imzalayıb.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Ukraynanın baş naziri Denis Şmıqal məlumat verib .

"Ukraynanın əsl dostu Valdis Dombrovskisə təşəkkür edirəm. Aİ-nin bu əhəmiyyətli dəstəyi jesti sayəsində Rusiya hərbçilərinin Ukrayna torpaqlarından çıxarılması üçün iqtisadi potensialımızı gücləndirməyə kömək edəcək" deyə hökumət başçısı bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR