Rusiyanı dəstəkləyən ukraynalı bələdiyyə sədri öldürüldü -

Ötən həftə Rusiya işğalını dəstəkləyən açıqlamaları ilə diqqət çəkən Ukraynanın Kreminna şəhərinin bələdiyyə sədri Vladimir Struk qətlə yetirilib.


Metbuat.az xəbər verir ki, onun cəsədi küçədə tapılıb. Məlumata görə, bələdiyyə sədri Rusiyanı dəstəkləyən açıqlamalarından sonra evindən qaçırılıb. Onun odlu silahla qətlə yetirildiyi bildirilir.

Ukrayna Daxili İşlər nazirinin köməkçisi Anton Qeraşenko hadisə ilə bağlı açıqlamasında “Ukraynanın bir xaini azaldı” deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR