Zaporojye Atom Elektrik Stansiyası atəşə tutulub -

Rusiya hərbçilərinin açdığı atəş nəticəsində Zaporojye atom elektrik stansiyasında yanğın başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə atom elektrik stansiyasının işçilərindən biri məlumat verib.

“Diqqət! Rusiyanın texnikası Zaporojye AES-ə atəş açır. Avropanın ən böyük atom elektrik stansiyasında real nüvə təhlükəsi var. Biz Zaporojye AES-i ağır texnikadan atəş açılmasının dayandırılmasını tələb edirik!”- o, videomüraciətində deyib.

Enerqodar şəhərinin meri Dmitri Orlov da faktı təsdiq edib.

“Dünya təhlükəsizliyinə təhdid! Düşmənin Avropanın ən böyük atom elektrik stansiyasının bina və bölmələrini davamlı atəşə tutması nəticəsində Zaporojye AES-i yanır!”, - mer bildirib.

Fövqəladə Hallar Dövlət Xidmətinin yaydığı məlumata görə, hazırda Zaporojye Atom Elektrik Stansiyasının təlim korpusunda baş verən yanğın lokallaşdırılıb.

İlkin məlumata görə, zərərçəkən və xəsarət alan olmayıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR