​Azərbaycanda ilk dəfə Beynəlxalq Birinci Uşaq və Yeniyetmə Psixiatriya konfransı baş tutacaq

Azərbaycanda ilk dəfə 12-13 mart tarixlərində "Hyatt Regency" hotelində Beynəlxalq Birinci Uşaq və Yeniyetmə Psixiatriya konfransı baş tutacaq.

Konfransda autizmli uşaqların cəmiyyətə qazandırılması üçün Türkiyədən bu sahədə ən önəmli insanlardan olan professor Dr. Ayşe Rodopman Arman və professor Dr. Yankı Yazqan, Azerbaycanlı həkim ve proffessorların iştirakı olacaq.

Konfransda müasir dövrdə uşaqlar arasında çox yayılan autizm xəstəliyinə işıq tutulacaq. Autizmli uşaqların erkən diaqnostikası və müalicəsindəki yeniliklər müzakirə olunacaq.

Qeyd edək ki, konfransda yalnız həkimlər iştirak edə bilərlər.

Qeydiyyat üçün:

+994 55 383 41 31

@psixiatrdrazerbagirov @1incimedia


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR