Azərbaycanlı jurnalist soydaşlarımızı göz yaşları içərisində qarşıladı -

Ötən gün Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsini həyata keçirmək üçün təşkil olunan növbəti çarter reysi Bakıya endi.

Metbuat.az xəbər verir ki, "Azərbaycan Hava Yolları" (AZAL) tərəfindən Rumıniyanın Yassı şəhərindən həyata keçirilən çarter reysləri ilə 201 nəfər (183 qadın, yaşlı və 18 körpə) ölkəyə qayıdıb. Onların gəlişi və hava limanında yoxlanış prosesini canlı yayımda izləyicilərə nümayiş etdirən "APA TV"nin əməkdaşı, jurnalist Aytən Sakitqızı çəkiliş zamanı gözyaşlarını saxlaya bilməyib.

Qucaqlarında bir neçə aylıq körpələr ilə vətənə gəldikləri üçün sevinc hissi yaşayan soydaşlarımızın dedikləri qarşısında xanım müxbir kövrələrək "hisslərimi indi ifadə edə bilmirəm, körpələri görəndə insan göz yaşlarına hakim ola bilmir" deyib, bir neçə saniyəlik reportajına ara verməli olub.

Həmin duyğu dolu anları təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR