"Neftçi"nin hücumçusu hakimi təhqir etdi, sərt cəza aldı

AFFA İntizam Komitəsi "Neftçi"nin futbolçusu Mirabdulla Abbasovu cəzalandırıb.

Metbuat.az xəbər verir ki, 27 yaşlı hücumçu Azərbaycan I Divizionunda "Neftçi-2"nin heyətində "Qaradağ Lökbatan"la səfər oyununda birbaşa qırmızı vərəqə alıb. O, görüşün 42-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün meydandan qovulub.

Abbasov 4 oyunluq diskvalifikasiyaya, klubu 320 manat cəriməyə məruz qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR