Pakistanda 20 Yanvara həsr edilmiş məqalə dərc edilib

Pakistanda 20 Yanvara həsr edilmiş məqalə dərc edilib
10:24 19 Yanvar 2015
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Pakistanın ingilisdilli “Diplomatik Star” jurnalında tanınmış jurnalist Möhsin Əlinin 20 yanvar hadisələrinə həsr edilmiş “20 Yanvar: Müstəqilliyə aparan qanlı yol”  adlı məqaləsi dərc olunub. Azərbaycanın Pakistandakı Səfirliyindən Lent.az-a verilən məlumata görə, məqalədə Azərbaycan xalqının hər ilin 20 Yanvar tarixində həmin gün 1990-ci ildə baş vermiş hadisələri yad etdikləri bildirilib. Jurnalist öz yazısında, 20 Yanvar  hadisəsindən öncə cərəyan edən hadisələri nəzərdən keçirib. Müəllif bildirib ki,  80-ci illərin ikinci yarısında Sovet İttifaqında  yaranmış vəziyyətdən erməni millətçilərinin sui-istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ əyalətinin Ermənistana birləşdirmək niyyətinin olduqları  və bu məkrli istəklərini həyata keçirtmək  üçün SSRİ rəhbəri M.Qorbaçovun dəstəyini aldıqları vurğulanıb.

Daha sonra, Ermənistanda keçirilən etnik təmizləmə siyasəti nəticəsində 1988–ci il ərzində oradan yüz minlərlə azərbaycanlının zorla sürgün edildiyi, onların bəzilərinin xüsusi amansızlıqla qətlə yetirildiyi vurğulanıb.

Pakistanlı jurnalistin məqaləsində Heydər Əliyevin Azərbaycanın Moskvadakı  daimi nümayəndəliyinə gedərək, həyatına olan təhlükəyə baxmayaraq, nitq ilə çıxış edərək bu amansız aksiyanı qəti tənqid etməsi, Bakıda cərəyan edən hadisələr ətrafında yaranmış informasiya blokadasını yarması və azərbaycanlıların ürəyində inam hissinin daha da gücləndirməsi və nəticə etibarı ilə  mərkəzi Sovet rəhbərliyinin planlarını alt-üst etdiyi vurğulanıb. Məqalənin sonunda Pakistanın Pəncab əyalətinin Qucurxan bölgəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinə su təchizatı layihəsinin icra edildiyi qeyd olunub.

 

Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür:

 http://www.diplomaticstar.net/black-january-the-bloody-path-to-freedom.html

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR