Ukraynadan daha 201 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ukraynadakı vəziyyətlə əlaqədar olaraq təxliyə olunan Azərbaycan vətəndaşlarının olduğu daha bir təyyarə reysi Bakıya çatıb.

Xarici İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, bununla da sayca 6-cı aviareys həyata keçirilib və Ukraynadakı vəziyyətlə əlaqədar ümumilikdə 1100 nəfər Azərbaycan vətəndaşı Vətənə gətirilib.

Bu gün isə Rumıniyanın Yassı hava limanından AZAL-ın növbəti təxliyə reysi həyata keçirilib və 13-ü azyaşlı olmaqla 201 Azərbaycan vətəndaşı ölkəmizə evakuasiya olunub.

Hazırda avtobuslar vasitəsilə vətəndaşlarımızın təxliyəsi davam etdirilir. Təxliyə həm Moldova, həm də Türkiyənin İstanbul şəhəri üzərindən reallaşdırılır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, AZAL hər gün həmvətənlərin gətirilməsi üçün təxliyə uçuşları həyata keçirir. Azərbaycan vətəndaşları üçün təxliyə reysləri ödənişsizdir.

Ukraynanı tərk etmiş ölkə vətəndaşları Vətənə qayıtmaq üçün Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri ilə əlaqə saxlaya bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR