Rus əsgərlər bir-birilərini qırır: Rusiya ordusunda nə baş verir?

“Genişmiqyaslı hərbi əməliyyatlarının doqquzuncu günündə Rusiya qoşunları Kiyev vilayətində Severinovka yaxınlığında bir-biri ilə döyüşə girib. Nəticədə onlar doqquz tank və dörd zirehli transportyor itirib”.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının mətbuat xidmətindən bildirilib.

“Müvafiq olaraq bu, bizə 13 “Javelin”in qənaətinə imkan verdi”, – deyə məlumatda əlavə edilib. Onların niyə bir-biriləri ilə toqquşduğu açıqlanmayıb.

Ukrayna Silahlı Qüvvələri Rusiya Ordusunu eyni ruhda davam etməyə çağırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR