Zelenski iddialara cavab verdi: "Qaçmamışam, Kiyevdə işləyirəm" -

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevi tərk etməsi barədə yayılan xəbərlərə cavab verib.

Metbuat.az-ın məlumatına görə, bu barədə prezident instaqram səhifəsində iş yerindən yayımladığı videoda bildirib.

"İki gündən bir məlumat gəlir ki, guya mən Ukraynadan, Kiyevdən harasa qaçmışam. Amma görürsünüz, mən buradayam, heç kim heç yerə qaçmayıb... Beləliklə, işləyirik. Qaçmağı sevirik, amma indi kardioməşqlər üçün vaxt yoxdur. Çünki işləyirik! Yaşasın Ukrayna", - dövlət başçısı videoda qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR