Rusiyanın yeni itkiləri açıqlandı -

Ukrayna Silahlı Qüvvələri Rusiya Silahlı Qüvvələrinin 39 təyyarəsini və 40 helikopterini məhv edib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ötən gün Rusiya təyyarəsi 3 Su-25 hücum təyyarəsini itirib. Onlardan ikisi Çerniqov vilayətində, biri isə Donetsk vilayətinin Volnovaxa yaxınlığında vurulub:

Məlumatda o da qeyd olunur ki, müharibənin ilk günlərində Rusiya ordusunun Ukrayna sərhədləri ətrafında cəmləşmiş aviasiya qrupu təxminən 700 ədəd hərbi texnikadan ibarət idi. Buraya 450-yə yaxın təyyarə və 250-dən çox helikopter daxil edilmişdi.

Qeyd edək ki, ötən gecə Rusiya qüvvələrinə məxsus 3 helikopter də son uçuşunu həyata keçirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR