Ukrayna TƏSDİQ ETDİ:

Xəbər verdiyimiz kimi, Rusiya Mariupol və Volnovaxadan dinc əhalinin ərazidən çıxması üçün "sükut rejimi" elan edib. Bir neçə saat öncə Ukrayna tərəfi bu xəbəri təkzib etsə də yayılan məlumatlara görə artıq dəhlizin açılması xəbəri təsdiqini tapıb.

Metbuat.az xəbər verir ki, Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Mariupol və Volnovaxadan mülki şəxslər üçün humanitar dəhlizlər açılacaq.

Mariupol Şəhər Şurasının meri Vadim Boyçenko da humanitar “yaşıl” dəhlizin açılışı vaxtını və Mariupol üçün sükut rejiminə başlanıldığı xəbərlərini təsdiq edib.

O qeyd edib ki, bu, şəhərin mühüm infrastrukturunun - elektrik enerjisi, su və mobil rabitənin bərpasına başlamağa imkan verəcək. Həmçinin Mariupolu zəruri ərzaq və dərmanlarla təmin etmək mümkün olacaq.

Xatırladaq ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi bunun üçün saat 09:00-dan etibarən sükut rejiminin fəaliyyət göstərəcəyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR