İtkin düşən bacı-qardaş AXTARILIR -

Yevlax rayonunda bacı-qardaş itkin düşüb.

Daxili İşlər Nazirliyindən (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Metbuat.az-a verilən xəbərə görə, Yevlax rayon sakinləri 2003-cü il təvəllüdlü Ayşə Abdullayeva və qardaşı 2011-ci il təvəllüdlü Elmanın itkin düşməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Şəkillərdə gördüyünüz şəxsləri tanıyanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Yevlax Rayon Polis Şöbəsinin 022-33-6-45-02 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR