Sabah Ərdoğan Putinlə Ukraynadakı vəziyyəti müzakirə edəcək

Sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olacaq.

Metbuat.az-ın xəbərinə görə, bu barədə prezidentin sözçüsü İbrahim Kalın məlumat verib.

O qeyd edib ki, prezidentlər Ukrayna ilə Rusiya arasında müharibə müzakirə ediləcək: "Sabah Putinlə telefon danışığı olacaq. Prezidentimiz Türkiyədə görüş barədə təkliflərini xatırladacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR