Rusiyadan AÇIQLAMA: Hücumları dayandırdıq -

Rusiya ordusu Ukraynanın 4 şəhərində müvəqqəti atəşkəs elan edib.

Metbuat.az xəbər verir ki, bu barədə Ria novosti agentliyi məlumat yayıb. Bildirilir ki, atəşkəs Kiyev, Xarkov, Mariupol və Sumı şəhərlərini əhatə edir. Atəşkəs Moskva saatı ilə 10:00-da qüvvəyə minəcək. Atəşkəs müddətində insanların təxliyəsi nəzərdə tutulur.

Qeyd edək ki, telefon söhbəti zamanı Fransa prezindeti Emmanuel Makron rusiyalı həmkranı Vladimir Putindən humanitar atəşkəs elan edilməsini tələb etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR