Ukraynadan əks hücum:1 şəhər azad edildi -

Ötən gecə Ukrayna ordusu Xarkov əyalətinin Çuquyev şəhərində rus qüvvələrə qarşı əks hücum təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə Nazirliyi məlumat yayıb. Əks hücum nəticəsində şəhər rus işğalçılardan azad edilib. Hərbi əməliyyatlar zamanı ruslar çox sayda itki verib.

Öldürülən rus hərbçilər arasında Rusiya ordusunun dəniz piyada korpusunun 61-ci əlahiddə briqadasının komandiri, polkovnik-leytenant Dmitri Safronov və Hava-Desant Qüvvələrinin 11-ci əlahiddə hücum briqadası komandirinin müavini, polkovnik-leytenant Denis Qleblov da var. Həmçinin rusların çox sayda zirheli texnikası sıradan çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR