Ukraynada şəhər meri HƏLAK OLDU

Ukraynada şəhər meri və meriyanın iki əməkdaşı öldürülüb.

Metbuat.az Ukrayna mətubuatına istinadən xəbər evrir ki, Qostomel şəhərinin meri Yuri Prilipko və tabeliyindəki iki nəfər sakinlərə humanitar yardım və dərman preparatları payladıqları zaman Rusiya hərbçilərinin açdığı atəş nəticəsində qətlə yetiriliblər.

Qeyd edək ki, ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qoşunlarına şiddətli müqavimət göstərməsinə görə Qostomel də daxil olmaqla Ukraynanın 6 şəhər və qəsəbəsinə “Qəhrəman Şəhər” adı verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR