Putini dayandırmağın tək yolu budur: Rusiya liderinin keçmiş köməkçisi sirri açdı

Rusiya prezidenti Vladimir Putinin iqtisadi məsələlər üzrə keçmiş köməkçisi Andrey İllarionov Ukraynadakı vəziyyət barədə danışıb.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, Putini dayandırmağın tək yolu Rusiya ordusuna ciddi müqavimət göstərməkdir. O deyib:

“Putini dayandırmağın tək yolu ona müqavimət göstərməkdir. Ukraynalılar hazırda qəhrəmancasına müqavimət göstərirlər və buna davam etdirməlidirlər. Putinin məğlub olduğu iddiaları doğru deyil. Putin öz planı olan və bütün diqqətini hədəfinə yönləndirmiş biridir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR