Çavuşoğlu Ukrayna və Rusiya XİN başçılarının görüşəcəyi tarixi AÇIQLADI

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada görüşəcəklər.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviter hesabında yazıb.

Onun sözlərinə görə, hər iki nazir Antalya Diplomatiya Forumunda iştiraklarını təsdiqləyiblər.

M.Çavuşoğlu deyib ki, görüş martın 10-da Antalyada Türkiyənin iştirakı ilə üçtərəfli formatda keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR