“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin nümayəndə heyəti Niderlandda

“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin nümayəndə heyətinin nümayəndələri Niderlandda yaşayan Azərbaycan icmasının üzvləri ilə görüşüblər.

Metbuat.az xəbər verir ki, görüş “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi, Benilüks Azərbaycanlıları Konqresinin (BAK) və Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə keçirilib.

Görüşdə Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundov, Niderland parlamentinin millət vəkili Tunahan Kuzu, bu ölkədəki diaspora təşkilatının rəhbərləri və diaspora fəalları, yerli ictimaiyyət nümayəndələri və həmvətənlilərimiz iştirak ediblər.

Görüşdə diaspora üzvlərimizin fəaliyyəti haqqında fikir mübadiləsi aparılıb. Torpaqlarımızın azadlığı uğrunda aparılmış 44 günlük Vətən müharibəsi xatırladılaraq, Azərbaycan icmasının müharibə vaxtı həqiqətlərin Avropada yayılmasında mühüm rolundan söz açılıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun sayəsində Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra regionda yaranmış yeni reallıqlarla bağlı yerli ictimaiyyətin maarifləndirilməsinin vacibliyi qeyd olunub.

İctimai Birliyin İdarə Heyətinin qərarına əsasən, 44 günlük Vətən müharibəsi və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində xüsusi xidmətlərinə görə diaspora fəalları təltif edilib. Həmçinin, “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin nümayəndə heyətinin üzvləri Benilüks Azərbaycanlıları Konqresinin fəxri fərmanları ilə təltif olunublar.

Xatırladaq ki, “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin nümayəndə heyəti fevralın 28-dən Avropada səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti tərəfindən müxtəlif görüşlər və tədbirlər keçirilib. İctimai Birliyinin nümayəndə heyətinin Avropaya səfəri martın 8-də başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR