Millimiz Dubayda iki qələbə qazandı

Millimiz Dubayda iki qələbə qazandı
10:27 19 Yanvar 2015
115 İdman
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası iki yoldaşlıq oyunu keçirib.

 

Fanat.az xəbər verir ki, Macarıstan yığması ilə qarşılaşan futbolçularımız 3:1 hesabı ilə qələbə qazanıb. Hikmət Bağırovun dubl etdiyi oyunda 1 dəfə Orxan Məmmədov fərqlənib.


Növbəti rəqib Birləşmiş Ərəb Əmirlikləri yığması olub. Millimiz bu oyunu da qələbə ilə başa vurub - 3:2. Bu qarşılaşmada Orxan Məmmədov dubl edib. Komandamızın digər qolunun müəllifi isə Sabir Allahquliyev olub.


Qeyd edək ki, millimiz bundan əvvəl Dubayda Macarıstanla daha bir oyun kemirmiş və 5:2 hesablı qələbə qazanmışdı.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimiz-dubayda-iki-qlb-qazand-t17584.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR