Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi Türkiyənin "Bursaspor" klubu yeni baş məşqçisini açıqlayıb.
Metbuat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Mustafa Erə tapşırılıb.
42 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları barədə məlumat verilməyib. O, bu postda Tamer Tunanı əvəzləyib.
Qeyd edək ki, Mustafa Er 2020-ci ilin sentyabrından 2021-ci ilin avqustunadək "Bursaspor"un baş məşqçisi olub