"Qarabağ"dan yeni rekord

“Qarabağ” Premyer Liqanın 18-ci turunda “Qəbələ”ni böyük hesabla (5:1) məğlub etməklə, yeni rekorda imza atıb.

Metbuat.az xəbər verir ki, Ağdam klubu ölkə çempionatları tarixində 118-ci dəfə ev oyununda 3-dən çox qol vurub ki, bu, 1992-ci ildən keçirilən yarışın tarixində yeni rekorddur.

“Qarabağ” öz meydanında 117 dəfə məhsuldarlıq nümayiş etdirən “Neftçi”ni arxada qoyub.

Qeyd edək ki, ağdamlıların üç və ya daha çox qol vurduğu ilk ev oyunu 1992-ci il mayın 6-da baş tutub. 30 il öncə Kürdəmir “Şirvan”ı üzərində 6:0 hesablı qələbə əldə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR