Rusiyanı çətinə salacaq istefa: Baş Qərargah rəisi ərizəsini yazdı - FOTO

Belarus Respublikası müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi Viktor Quleviç istefa məktubu yazıb.

Metbuat.az xəbər verir ki, İngiltərə mediası istefa məktubunun sürətini yayımlayıb. Viktor Quleviç istefa məktubu martın 4-də imzalayıb.

"Hərbi hissə komandirləri ilə birgə səylər hələ ki, nəticə verməyib. Mən tərəddüd etmədən deyə bilərəm ki, bu komandirlərin dəyişdirilməsi quru qoşunlarının toplanmasına heç bir təsir göstərməyəcək və bizə istədiyimiz nəticəni verməyəcək. Bu fikirləri nəzərə alaraq, istefamın qəbul edilməsini xahiş edirəm" deyə V.Quleviç istefa məktubunda qeyd edib.

Qeyd edək ki, sənədin keçmiş müdafiə nazirinin müavini Aleksandr Nosov tərəfindən paylaşıldığı iddia edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR