Danışıqlardan sonra Ukrayna və Rusiya tərəfindən ilk

“Humanitar dəhlizlər məsələsi ilə bağlı danışıqlarda müsbət irəliləyişlər var”.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

"Danışıqların üçüncü raundu başa çatıb. Humanitar dəhlizlərin maddi-texniki təminatının yaxşılaşdırılmasında bəzi müsbət irəliləyişlər var... Atəşkəs və təhlükəsizlik zəmanətləri ilə yanaşı, nizamlamanın əsas siyasi bloku üzrə intensiv məsləhətləşmələr davam etdirilib", - deyə Podolyak qeyd edib.

Rusiya prezidentinin köməkçisi Vladimir Medinski isə gözləntilərin doğrulmadığını bildirib:

“Ukrayna ilə danışıqlarda Rusiya tərəfinin gözləntiləri özünü doğrultmadı”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR