"Öz sözündən çıxdı, anamı..." -

"Sevgi sözünə inanmıram. Çünki sevənlərin çoxu yanıma boşanmağa gəlir".

Metbuat.az xəbər verir ki, bunu Baku TV-də yayımlanan "O kimdir?" verilişində qonaq olan məşhur vəkil Şəfiqə Nağıyeva deyib.

Hüquqşünas olmağa anasına görə qərar verən vəkil onu evlənməyə məcur edən səbəbdən, öz boşanmasının 5 il çəkməsindən danışıb.

Onun sözlərinə görə, idarə etdiyi ən çətin məhkəmə prosesi həyat yoldaşına xəyanət edən qadına görə yalan danışması olub.

Vəkil "bu yaxınlarda bir nəfər məni öldürəcəyini, nəvələrimi oğurlayacağını demişdi", - deyə məhkəmə işlərinə görə aldığı hədə-qorxulardan danışarkən deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR