Putin yeriyərkən sağ qolunu buna görə sabit saxlayır - İNANILMAZ SƏBƏB /

Ukraynada müharibənin davam etdiyi bir vaxtda Rusiya prezidenti Vladimir Putinin yerimək tərzi yenidən gündəmə gəlib.

Metbuat.az xəbər verir ki, Putinin yeriyərkən sağ qolunu sabit saxlaması bəzi iddiaların ortaya atılmasına səbəb olub. Məsələ barədə araşdırmaları davam etdirən portuqaliyalı, italiyalı və hollandiyalı nevroloqlar iki ehtimal irəli sürüblər. Birinci ehtimala görə, Putinin sağ qolunu sabit saxlaması onun səhhətindəki xəstəliklə əlaqədardır. İkinci ehtimala görə, bu Putinin keçmişdə kəşfiyyatçı olması ilə əlaqədardır.

Analistlər bunu Putinin xüsusi xidmət orqanlarında işləyərkən aldığı təlimlərlə əlaqələndirir. Məsələ burasındadır ki, xüsusi xidmət orqanlarının agentləri adətən silahı sağ qollarının altında və əlləri tətikdə hazır vəziyyətdə daşıyır. Buna görə də, sağ qol sabit qalmağa alışır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR