Zelenski Putinin şərtlərini qəbul edir: ABŞ Ukrayna liderinin üstündən xətt çəkdi /

“Ola bilər ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın şərtlərini qəbul etməyə yaxındır”.

Metbuat.az xəbər verir ki, türkiyəli hərbi-siyasi ekspert Abdullah Ağar ABŞ tərəfinin “Zelenskinin öldürüləcəyi halda planımız var” açıqlamasını şərh edərkən belə deyib. O bildirib ki, Zelenskinin son çıxışlarında NATO-nu hədəfə alması Kiyev ilə Qərb arasında münasibətlərin yaxşı olmadığını deməyə əsas verir.

Ekspert hesab edir ki, Zelenksi Qərbdən lazımi dəstəyi almadığına görə, Rusiya ilə razılaşmaya gedə bilər. Buna görə də, ABŞ Zelenskinin üstündən xətt çəkib. İkinci ehtimala görə, ABŞ Zelenskini müdafiə edə bilməyəcəyini anladığına görə, ondan əlini üzüb və Zelenskindən sonrakı dövrə hazırlıq görür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR