​Rusiyada valyuta satışı QADAĞAN EDİLDİ:

Rusiyanın Mərkəzi Bankı vətəndaşların banklarda xarici valyutada olan vəsaitlərinin, o cümlədən əmanətlərinin verilməsinin yeni qaydasını təsdiq edib.

Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verən iqtisadçı-ekspert Samir Əliyev bildirdi ki, 9 mart – 9 sentyabr tarixləri əhatə edəcək yeni qaydalara görə, müştəri hesabından nağd qaydada ən çoxu 10 min ABŞ dolları çıxara bilər. Vəsaitin qalan hissəsini konkret tarixə bazar məzənnəsi ilə rublda çıxarmalıdır. Ekspertin deyir ki, rəsmi məlumata inansaq, xarici valyutada olan hesabların 90%-də ümumi məbləğ 10 min dollardan çox deyil. Bu o deməkdir ki, məcburi qaydanın tələbləri ilə 10% bank müştərisi üzləşəcək.

"Rəqəmlər ilk baxışdan əhalinin xeyrinə görünə bilər. Problem ondadır ki, vəsaitlərin əsas hissəsi məhz 10% qrupuna məxsusdur. Bankların ən azı sentyabra qədər əhaliyə valyuta satması qadağan olunur, ancaq əhalidən valyuta alışına icazə verilir. Bu qadağa faktiki olaraq Rusiyada qara bazarın inkişafına təkan verəcək".

Samir Əliyev qeyd etdi ki, Rusiyanın VTB bankı Çin yuanı ilə əmanət qəbuluna başlayıb. 3-6 aylıq müddətinə cəlb edilən vəsait üçün bank illik 8% təklif edir. Bu, kifayət qədər yüksək faizdir.

"Yəqin ki digər banklar da analoji addımı atacaqlar" deyə Samir Əliyev fikirlərini əlavə edib.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR