Buğdanın qiymətinin bahalaşması ticarətçiləri hərəkətə keçirdi -

Hindistan əlavə 500 min ton buğda ixracını nəzərdə tutan müqavilələr imzalayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Röyters agentliyi məlumat yayıb. Bildirilir ki, 5 il ardıcıl rekord miqdarda məhsul əldə edən Hindistan buğda ehtiyatlarını artırıb. Rusiya-Ukrayna münaqişəsindən sonra qiymətlərin artması Hindistanı buğda ixrac etməyə sövq edib. Hindistanlılar bu vəziyyətdən istifadə etmək istəyir.

Müqavilələrə əsasən Hindistan ticarətçiləri 1 ton buğdanı 340-350 dollara satacaq. Əvvəl isə bu rəqəm 305-310 dollar arasında dəyişirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR