Gəncə yazarları 20 Yanvar şəhidlərini andılar (FOTO)

Gəncə yazarları 20 Yanvar şəhidlərini andılar (FOTO)
10:28 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsində “20 Yanvar faciəsi Gəncə Yazarlarının yaradıcılığında” adlı tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri şair Xəzangül 20 Yanvar hadisələrindən, vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin ruhu qarşısında qələm adamlarının onlara həsr etdikləri povestlər, hekayələr, poemalar və şeirlərlə öz borclarını yerinə yetirdiklərini vurğuladı.

Sonra şəhidlərimizin müqəddəs xatirələri tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edildi.

Şair və yazıçılardan Qərib Mehdi, Aləmzər Əlizadə, Nüşabə Əsəd Məmmədli, Bahadur Fərman, Mikayıl Yanar, Ümbülbanu, Ramiz Təmkin, İnqilab İsaq, Gülafət, İmam Cəmilli, Oruc Göyçəli, Hüseyn Kazımov, Bayram Göyçəli, Şəki şəhərindən qonaq gəlmiş şair İradə Gülfur, Gəncə şəhəri mərkəzi kitabxananın müdiri Elmira Əliyeva, müdir müavini Fəridə Qədimova və jurnalist Fazil Kazımov 20 Yanvar hadisələri ilə bağlı çıxış edərək xalqımızın qürur mənbəyi olan şəhidlərimizin heç vaxt unudulmayacağını və gələcək nəsillər tərəfindən daim hörmətlə anılacağını qeyd etdilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2354617.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR