İsrail qırıcıları İran ordusunun mövqelərini bombaladı: İranlı hərbçilər həlak oldu

İsrail ordusunun Suriyanın paytaxtı Dəməşqə endirdiyi hava zərbələri nəticəsində İran ordusunun iki hərbçisi həlak olub.

Metbuat.az İxlas agentliyinə istinadən xəbər verir ki, bu barədə İran ordusundan açıqlama verilib. Bildirilib ki, işğalçı İsrail rejimi törətdiyi cinayətlərin qarşılığını qısa zaman ərzində alacaq.

Qeyd edək ki, xarici KİV-lərdə İsrail ordusunun İran ordusunun Dəməşqdəki mövqelərinə hava zərbələri endirdiyi və ciddi itkilərin olduğu barədə məlumatlar yayılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR