Putin "super silahlar"ına güvənir: Dara düşsə işə salacaq -

Rusiya ordusu Ukraynada hələ bütün hərbi vasitələrdən istifadə etməyib.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin NATO-ya meydan oxuması və Ukraynadakı hərbi əməliyyatların uğurla bitəcəyindən ümidli olması ordunun arsenalındakı silahlara güvənməsi ilə əlaqədardır. Böyük Britaniya mətbuatı “Putinin super silahları” başlığı ilə oxucularına təqdim etdiyi silahlar arasında havadan quruya atıla bilən aero-ballistik “Kh-47M2 Kinzhal” raketi də yer alıb.

Bildirilib ki, NATO-nun müdafiə sistemləri bu mərmilər qarşısında acizdir. Dəhşətlisi budur ki, yüksək dağıdıcı başlıqlar daşıya bilən Kinzhal silahları 2022-ci ilin əvvəllərində Belarusa daşınıb. Ekspertlər ehtimal edir ki, Putin xoşagəlməz hallara qarşı bu raketlərin istifadəsinə də əmr verə bilər. Rusiya ordusunun Ukraynada hələlik istifadə etmədiyi silahlardan biri də Alabuga raketidir. Bu silahlar elektronik sistemləri sıradan çıxara, düşmənin raketlərini və radar sistemlərini məhv edə bilir. Alabuga-nın kiçik variantı Ranets raketləri isə əl ilə də daşına bilir. Putinin “super silahlar”ı arasında Listva da yer alır. Bu texnika minaları 100 metr məsafədən zərərsizləşdirə bilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR