YAP Sədrinin müavini Türkiyəyə səfər edəcək

Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 11-13 mart tarixlərində Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyədə səfərdə olacaq.

Metbuat.az xəbər verir ki, Tahir Budaqov Forum çərçivəsində “Parlament diplomatiyası” mövzusunda keçiriləcək dəyirmi masada da iştirak edəcək.

Səfər zamanı YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Binəli Yıldırımla görüşü də nəzərdə tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR