Lavrov-Kuleba görüşünün başlama saatı məlum oldu

Türkiyə saatı ilə 11:00-da Antalyada Türkiyə, Rusiya və Ukrayna Xarici İşlər nazirləri arasında görüş başlayacaq.

Metbuat.az xəbər verir ki, buna qədər Mövlud Çavuşoğlu ukraynalı həmkarı Dmitro Kuleba ilə bir araya gəlib. Danışıqların mövzusu isə Ukrayna məsələsidir.

Tərəflər bu görüşü mühüm hesab edir. Danışıqların nəticəsindən asılı olaraq Ukraynadakı hadisələrin istiqaməti dəyişə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR