Tarixi görüş başladı -

Rusiya Federasiyası və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kuleba arasında diplomatik forum çərçivəsində Türkiyənin Antalya şəhərində danışıqlar başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova teleqram kanalında bildirib.

Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edir.

Qeyd edək ki, tərəflər bu görüşü mühüm hesab edir. Danışıqların nəticəsindən asılı olaraq Ukraynadakı hadisələrin istiqaməti dəyişə bilər.

Resim


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR