3-lü görüşdən sonra açıqlama: Nəticə əldə edə bilmədik

“Əslində həm asan həm də çətin görüş oldu”.

Metbuat.az xəbər verir ki, Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba Antalyada baş tutan rusiyalı və türkiyəli həmkarları ilə 3-lü görüşdən sonra belə açıqlama verib. O bildirib:

“Lavrov ənənəvi fikirlərini davam etdirdi. Mən də əslində əlimdən gələnin ən yaxşısını etdim. Ən azı diplomatik həll yolu tapmağa çalışdım. 24 saatlıq atəşkəsin olmasını dilə gətirdik. Təcili humanitar vəziyyəti müzakirə etdik. Bu məsələdə irəliləyiş əldə edə bilmədik. Bu formatda yeni görüşlər həyata keçirə bilərik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR