Bahar Azərbaycana nə vaxt gəlir? -

"Yaz fəslinin uzunluğu 92 gün, 17 saat, 40 dəqiqə olacaq".

Bakı Dövlət Universitetindən (BDU) Metbuat.az-a verilən məlumata görə, universitetin Fizika fakültəsinin Astrofizika kafedrası bahar fəslinin Azərbaycana daxilolma vaxtını açıqlayıb.

Belə ki, 2022-ci ildə Azərbaycan ərazisində baharın gəlişi martın 20-də, Bakı vaxtı ilə saat 19:33:23-də baş verəcək.

Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsəcək və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində astronomik yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün, 17 saat, 40 dəqiqə olacaq.

Təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən ilk bahar günüdür. Baharın gəlişini və təbiətin yenidən oyanışını xəbər verən, eyni zamanda bolluq və bərəkətin rəmzi olan Novruz Azərbaycan xalqına sülh və əmin-amanlıq gətirsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR