Antalya görüşündən Ukrayna "qalib" çıxdı: Qəzəbli Lavrova qarşı təmkinli Kuleba...

Analistlər Antalyada Türkiyə, Rusiya və Ukrayna Xarici İşlər nazirlərinin görüşünü təhlil ediblər.


Metbuat.az xəbər verir ki, görüşdən sonra Sergey Lavrovun və Dmitro Kulebanın açıqlamalarını şərh edən analistlər Ukraynanın bu görüşdən daha üstün ayrıldığına diqqət çəkiblər. Xarici KİV-lər yazırlar ki, 1,5 saat davam edən danışıqlardan sonra Kuleba ilk dəfə fikirlərini qəti şəkildə ifadə edə bilib:

“Lavrovun tələbləri təslim olmaq siyahısı kimidir. Biz müharibəni dayandıra bilmirik. Bizə hücum edən ölkə bunu istəmirsə müharibəni dayandıra bilmərik” – Kuleba deyib.

Analistlər hesab edir ki, Lavrov isə daha çox müdafiə xarakterli açıqlamalar verib. Xüsusilə Lavrovun jurnalistlərin bəzi suallarına qəzəbləndiyinə diqqət çəkilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR