Zelenski: "Heç vaxt qul olmayacağıq"

"Ordumuz, sərhədçilərimiz, polislərimiz və döyüşçülərimiz sayəsində kölə olmadıq və heç vaxt da olmayacağıq".

Metbuat.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski yenidən xalqa videomüraciətdə deyib:

"15-ci gündür ki, dövlətimizi müdafiə edirik. Müqavimət göstəririk. Ukrayna ordusu hücumları dəf edir. Ordumuz, sərhədçilərimiz, polislərimiz və döyüşçülərimiz sayəsində qul olmadıq və heç vaxt da olmayacağıq. Çünki bu bizim taleyimizdir".

Zelenski Mariupolda xəstəxanaya edilən hücumda biri uşaq olmaqla 3 nəfərin həlak olduğunu bildirib:

"Rusiyalılar aldadıblar ki, orada pasiyent, uşaq və qadın yoxdur. Onlar deyiblər ki, guya orada milliyyətçilər var. Əminəm ki, onlar belə əsaslandırma ilə həmişəki kimi aldadırlar. Bir məsələni sizə demək istəyirəm ki, dinc əhaliyə bombanın atılmasını əmr edənlər cavab verəcəklər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR