Ukrayna ordusu Qara dənizdə Rusiyanın hərbi gəmisini atəşə tutaraq suda batırıb.
Metbuat.az xəbər verir ki, bu barədə Odessa bölgəsinin Hərbi İdarəsindən açıqlama verilib. Tələfat barədə məlumat yoxdur. Ukrayna mənbələrinin məlumatına görə, Ukrayna hərbçiləri gəmini pusquya salıblar. Belə ki, hərbçilər qayıqla ərazidə üzərək rus hərbçilərin diqqətini çəkiblər. Ardınca ruslar onları təqib etməyə başlayıb.
Rusiyanın hərbi gəmisi pusqu qurulan əraziyə gələndən sonra bir neçə istiqamətdən atəşə tutularaq sıradan çıxarılıb.