Rusiya və Ukrayna nazirlərini görüşdürən Ərdoğan bunu da bacarar -

"Türkiyənin İsraillə münasibətlərini normallaşdırmasından narahat deyilik".

Metbuat.az xəbər verir ki, Fələstinin Xarici İşlər naziri Riad Əl-Maliki belə deyib. O bildirib ki, Fələstin münasibətlərin normallaşmasından əksinə məmnundur. “Çünki, İsrail Fələstinə qarşı həmlə etsə, Türkiyə Təl-Əvivin qarşısını ala bilər. Fələstin tərəfi İsraillə görüşməyə hazırdır. Ukrayna və Rusiya Xarici İşlər nazirlərini bir araya gətirə bilən Ərdoğan, Fələstin və İsrail arasında da belə görüş təşkil edə bilər” - deyə diplomat bildirib.

Qeyd edək ki, Sergey Lavrov Türkiyə prezidentinin səyləri nəticəsində ukraynalı həmkarı ilə görüşdüyü açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR