SON DƏQİQƏ: Putin yeni cəbhə açdı - Bu şəhərlər də vurulmağa başladı / VİDEO

Rusiya - Ukrayna münaqişəsinin 16-cı günündə Ukraynanın Lutsk şəhərinə səhər saatlarında hücum olub.


Metbuat.az xəbər verir ki, bu barədə məlumatı Lutsk şəhərinin meri İqor Polişçuk verib. O qeyd edib ki, rus ordusu şəhər aerodromu istiqamətində partlayışlar törədiblər. Mer xəbərdarlıq edib ki, gərginlik müddətində insanlar sosial şəbəkələrdə heç bir fotoşəkil, koordinat dərc etməməli, bacardıqları qədər sığınacaqlardan çıxmamalıdırlar.

Daha bir partlayış barədə Dnepropetrovsk vilayəti üzrə Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb. Bildirilir ki, səhər saatlarında rus ordusu Dnepr çayına üç dəfə hava zərbəsi endirib. Nəticədə bir nəfər həlak olub.


“Martın 11-də saat 06:10 radələrində Dnepr şəhərinin Novokodatski rayonunda üç hava zərbəsi endirilib. Hücum təşkil edilən ərazilər uşaq bağçası, yaşayış binalarının yaxınlığı və iki mərtəbəli ayaqqabı fabriki olub. Baş verən hücumun ardından güclü yanğın başlayıb. İlkin məlumata görə, yaralananlarla yanaşı bir nəfər də həyatını itirib” deyə açıqlamada bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR