Türkiyədə həyəcan yaşandı: Əraziyə mütəxəssislər cəlb edildi -

Türkiyənin İstanbul şəhərində 82 illik "Unqapanı körpüsü" bir-birindən ayrılıb.

Metbuat.az xəbər verir ki, hadisə yerində araşdırma aparan mütəxəssislər bildiriblər ki, körpü hava şəraiti səbəbindən 20-25 sm-lik bir məsafədə bir-birindən ayrılıb. Nəticədə hər iki istiqamətdə nəqliyyatın hərəkəti dayandırılıb.

Qeyd edək ki, 477 metrlik "Unqapanı körpüsü" körpüsü Fatih ilə Beyoğlu ilçələri arasında nəqliyyatı təmin edən əsas əlaqə vasitəsidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR