Azərbaycan cütlüyü növbəti dəfə dünya çempionatının finalına çıxıb

Azərbaycan akrobatları – Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük Bakıdakı dünya çempionatında növbəti finala vəsiqə qazanıblar.

Metbuat.az xəbər verir ki, duet təsnifat mərhələsində templə hərəkətlərdə 29.090 xalla 1-ci olub.

Sabir Ağayev və Mehriban Salamovadan ibarət cütlük isə 26.340 xalla 9-cu yeri tutub və finala yüksələ bilməyib. Final sabah keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR