Çavuşoğlu Lavrovla gündəmə çevrilən məqamdan DANIŞDI -

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 10-da Antalyada keçirilən görüşdən sonra fotosessiya zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovla aralarında gərginlik yaşanması barədə iddialara münasibət bildirib.

Metbuat.az Habertürk-ə istinadən xəbər verir ki, bu barədə nazir özü danışıb. Onun sözlərinə görə iddialar həqiqəti əks etdirmir, həmkarlar sadəcə bir-birləri ilə zarafat ediblər. Belə ki, durduqları xəttin üstündə nöqtələr olub, onlar həmin nöqtələri bir-birlərinə göstəriblər: “Xətlərin üzərində nöqtələr var idi, o nöqtələri bir-birimizə göstərdik. Lavrov önümdəki nöqtənin niyə sarı rəngdə olduğunu soruşdu. Zarafatlaşdıq, heç bir problem yoxdur”.- deyə Çavuşoğlu bildirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR