Azərbaycan Premyer Liqası: Bu gün iki oyun baş tutacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək.

Metbuat.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında "Səbail" "Keşlə"ni qəbul edəcək. Hazırda meydan sahibləri sonuncu - 8-ci pillədə qərarlaşıbsa, qonaqlar 15 xalla 6-cı sıradadır.

Günün ikinci qarşılaşmasında 23 xalla 5-ci sırada gedən "Sabah" 40 xalla lider olan "Qarabağ"la üz-üzə gələcək.

Azərbaycan Premyer Liqası, XIX tur

12 mart (şənbə)

16:45. “Səbail” – “Keşlə”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Kamal Umudlu
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”

19:00. “Sabah” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, İnqilab Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Bank Respublika Arena”

Qeyd edək ki, tura 13-də oynanılacaq "Qəbələ" - "Zirə" və "Neftçi" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR