Bayden: "Ukraynaya hərbi yardım Üçüncü Dünya müharibəsinə səbəb olacaq"

"Amerikanın Ukraynaya təyyarə və tank göndərməsi III Dünya Müharibəsinə yol açacaq".

Metbuat.az xəbər verir ki, bunu Cozef Bayden Demokratların Filadelfiyada Nümayəndələr Palatasında keçirilən konfransında deyib. Prezident ABŞ-nin Ukraynada Rusiyaya qarşı hər hansı hərbi əməliyyatlara başlamaq fikrində olmadığını deyib.

"Rusiya prezidenti Vladimir Putin NATO-nu parçalaya biləcəyini düşünürdü, ölkəmizi və Qərbi parçalaya biləcəyini düşünürdü, amma buna nail olmadı. Biz Avropadakı müttəfiqlərlə çiyin-çiyinə dayanmağa davam edəcəyik və aydın mesaj göndərəcəyik. Biz NATO ərazisinin hər qarışını tam gücümüzlə - birləşərək və yeni NATO enerjisi nümayiş etdirərək müdafiə edəcəyik”,- deyə prezident vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR