Azərbaycan Ukraynaya növbəti yardımı

Bu gün Azərbaycandan Ukraynaya növbəti dəfə humanitar yardım göndərilib.

Metbuat.az xəbər verir ki, humanitar yardım qida məhsulları, tibbi ləvazimatlar və dərmanlardan ibarətdir.

380 ton olan yardım Ukraynanın paytaxtı Kiyevə “Silkway”in yük təyyarəsi ilə çatdırılacaq.

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına təşəkkür edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR