Kiyevə gedən rus tankları pusquya salınaraq BELƏ VURULDU -

Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə hücum hazırlığını davam etdirərkən, Ukrayna əsgərləri Rusiya ordusunun tanklarını məhv etməyə davam edir.

Metbuat.az xəbər verir ki, bu dəfə də Kiyev şəhəri xaricində minlərlə əsgər və hərbi maşın yığan Rusiya ordusuna Ukrayna əsgərləri gözlənilmədən basqın edib.

Kiyevin çıxışında sovet istehsalı olan BMP-2 tanklarını daşıyan rus ordusu heç nədən xəbərsiz şəkildə yolda irəliləyərkən onların ardınca ukraynalı əsgərlər gəlib. Onlar rus tanklarını hədəfə alaraq 30 mm diametrli artilleriyadan atəş açıblar. Əvvəlcə bir tank, sonra onun arxasındakı digər tank artilleriya atəşi ilə məhv edilib.

Baş verənlərdən təəccüblənən rus əsgərləri tanklardan düşüb qaçmağa başlayıblar. Bundan sonra konvoyda olan tank panikaya düşüb və idarəetmədən çıxaraq boş sahəyə düşüb.Ukrayna əsgərləri ilə rus əsgərləri arasında baş verən qarşıdurmada rus əsgərlərinin ağır itki verdiyi, tank birliklərinin Ukrayna əsgərləri tərəfindən dəf edilərək geri qayıtdığı məlum olub. Həmin anların görüntüsünü təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR